İranın Böyük Britaniyadakı səfiri Seyid Əli Musəvi Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Yaxın Şərq üzrə xarici işlər naziri Hamiş Falkoner İran səfirliyinin sosial mediada etdiyi qəbuledilməz və təhrikedici şərhlərə cavab olaraq İran İslam Respublikasının Birləşmiş Krallıqdakı səfirini çağırıb. Xarici işlər naziri bu cür hərəkətlərin və şərhlərin tamamilə qəbuledilməz olduğunu və səfirliyin Böyük Britaniyada və ya başqa yerdə zorakılığa çağırış kimi qəbul edilə biləcək addımları dayandırmalı olduğunu açıq şəkildə bildirdi", - deyə məlumatda bildirilir.

15 apreldə Londondakı İran səfirliyi Telegram-da fars dilində etdiyi paylaşımda ABŞ və İsrailin hərbi əməliyyatları fonunda Böyük Britaniyada yaşayan iranlıları vətənlərinin müdafiəsinə qoşulmağa çağırıb. Çərşənbə axşamı günü bu paylaşımı yenidən işıqlandıran Britaniya mediası bunu "şəhidliyi" təbliğ etmək kimi qiymətləndirib və son həftələrdə Londonda yəhudi təşkilatlarına qarşı baş verən bir sıra hücumlarla əlaqələndirib.