BAKI, 29 aprel. TELEQRAF
Pakistan 400 km mənzilli “Fatah-2” çoxfunksiyalı raket sistemini uğurla sınaqdan keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Məlumata görə, qabaqcıl avionika və müasir naviqasiya vasitələri ilə təchiz olunmuş raket sisteminin uğurlu təlim sınağı raket qüvvələrinin döyüş qabiliyyətlərini artırmağa yönəlib.
Pakistan Hərbi Dəniz Qüvvələri ilin əvvəlində düşmənin quru və dəniz hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş yerli istehsal “Taimoor” gəmi əleyhinə kruiz raketini uğurla sınaqdan keçirmişdi.