BAKI, 25 aprel. TELEQRAF

Peru hökuməti hərbi arsenalını yeniləmək məqsədilə ABŞ-nin "Lockheed Martin" şirkəti tərəfindən istehsal olunan 12 ədəd yeni "F-16 Block 70" qırıcısının satınalınmasına dair müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Ümumi dəyəri təxminən 3,4 milyard dollar qiymətləndirilən layihənin ilk mərhələsi 2 milyard dollar təşkil edir. Sənədə əsasən, təyyarələrin 2029-2030-cu illər aralığında tədarükü nəzərdə tutulur.