BAKI, 21 aprel. TELEQRAF

ABŞ eyni vaxtda iki nüvə dövləti olan Rusiya və Çin qarşısında çəkindirmə siyasəti aparmaq zərurəti səbəbindən böhran vəziyyəti ilə üzləşib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin nüvə çəkindirməsi, kimyəvi və bioloji müdafiə proqramları üzrə köməkçisi Robert Kadlek Senatda keçirilən dinləmələrdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ tarixində ilk dəfədir ki, eyni vaxtda iki böyük nüvə gücünü – Rusiya və Çini çəkindirmək məcburiyyətindədir və bu, artıq gələcəyin deyil, bugünün problemidir.

“Krizis artıq başlayıb. Daha təhlükəli yeni dövrə daxil olmuşuq”, - deyə Kadlek vurğulayıb.

O əlavə edib ki, Vaşinqton NATO müttəfiqləri ilə əməkdaşlığı davam etdirərək alyansın nüvə çəkindirmə imkanlarını daha da gücləndirməyi planlaşdırır.