BAKI, 21 aprel. TELEQRAF

Braziliya və Almaniya rəsmiləri Almaniyada keçirilən məsləhətləşmələrin yekununda Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıblar.

Teleqraf xəbər verir ki, tərəflərin birgə bəyanatında hərtərəfli, ədalətli və davamlı sülhə nail olunması istiqamətində aparılan danışıqlar səyləri alqışlanır.

Qeyd edək ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıqların yenidən İstanbul formatına qaytarılması ideyasına müsbət yanaşıldığını bildirmişdi.

Bununla yanaşı, Lavrov qeyd edib ki, Ukrayna üzrə danışıqların bərpası hazırda Rusiya üçün əsas prioritet deyil, lakin Moskva bu prosesdən imtina etmir.