BAKI, 21 aprel. TELEQRAF
Tim Kuk 2026-cı ilin sentyabrında Apple şirkətinin baş direktoru vəzifəsindən ayrılacaq.
Teleqraf xəbər verir ki, şirkətin yaydığı açıqlamada bildirilib ki, Kuk bundan sonra direktorlar şurasının icraçı sədri kimi fəaliyyət göstərəcək.
Qeyd olunur ki, onun yerinə hazırda şirkətdə aparat təminatı üzrə baş vitse-prezident vəzifəsini tutan John Ternus təyin olunacaq. O, sentyabrın 1-dən etibarən baş direktor vəzifəsini icra edəcək.
Şirkətin açıqlamasına əsasən, bu qərar direktorlar şurası tərəfindən yekdilliklə dəstəklənib və uzunmüddətli varislik planlaşdırması çərçivəsində qəbul olunub.