BAKI, 21 aprel. TELEQRAF
“Military Watch Magazine” nəşri Rusiyanın "İskəndər-K" raket kompleksinin NATO-nun mühüm obyektləri üçün təhlükə yaratdığını yazıb.
Teleqraf xəbər verir ki, nəşr qeyd edir ki, bu sistemin imkanları gələcəkdə daha da genişlənəcək və xüsusilə taktiki nüvə başlıqlarını daşımaq potensialına görə təhlükə səviyyəsi artacaq.
Bildirilir ki, Ukraynadakı münaqişə NATO ölkələrinin hava hücumundan müdafiə sistemlərini zəiflədib, çünki bu sistemlərin bir hissəsi Ukraynaya ötürülüb.
Nəşr həmçinin vurğulayır ki, Qərb ölkələrinin Ukraynaya verdiyi hərbi texnikadan səmərəli istifadə olunmur.
Bununla yanaşı, məlumatda qeyd olunur ki, Rusiya ordusunun ağır odsaçan sistemləri də əməliyyat zonasında mühüm rol oynamaqda davam edir.