BAKI, 21 aprel. TELEQRAF
Ukrayna hakimiyyəti aprelin 21-dən etibarən “Drujba” neft kəmərində texniki sınaqlara başlamağı planlaşdırır.
Teleqraf xəbər verir ki, “Bloomberg” agentliyi bildirir ki, kəmər üzrə tədarükün bərpası Kiyev üçün 90 milyard avro həcmində kreditin açılmasına yol aça bilər.
Qeyd edək ki, daha əvvəl Macarıstanın “Tisa” partiyasının lideri Peter Madyar Volodimir Zelenskini “Drujba” neft kəmərinin fəaliyyətinin mümkün qədər tez bərpa olunmasını təmin etməyə çağırmışdı.