BAKI, 19 aprel. TELEQRAF

İran hakimiyyəti ABŞ ilə ikinci raund birbaşa danışıqlarda iştirak etmək üçün nümayəndə heyəti göndərməkdən imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Məlumata görə, agentlik daha əvvəl ABŞ tərəfinin gələn həftənin əvvəlində İslamabadda keçirilməsi planlaşdırılan danışıqlarla bağlı yaydığı məlumatların həqiqətə uyğun olmadığını bildirmişdi.