BAKI, 19 aprel. TELEQRAF

İran ABŞ ilə elan olunmuş atəşkəs müddətində raket buraxılış qurğuları və pilotsuz uçuş aparatları ehtiyatını artırdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Nour News" məlumat yayıb.

Məlumata görə, Məcid Musəvi bildirib ki, atəşkəs dövründə İranın raket qurğuları və pilotsuz aparatlarının yenilənməsi və artırılması tempi daha da yüksəlib.

Onun sözlərinə görə, İran bu sahədə üstünlüyünü qoruyur və qarşı tərəfin oxşar imkanları yaratmaqda çətinlik çəkdiyini iddia edib. Musəvi əlavə edib ki, rəqib tərəf sursatları uzaq məsafələrdən daşımağa məcbur qalır.