BAKI, 18 aprel. TELEQRAF

İranın Ali rəhbəri Müctəba Xamenei bildirib ki, ölkənin hərbi dəniz qüvvələri rəqiblərinə yenidən zərbə vurmağa hazırdır.

Teleqraf xəbər verir ki, bəyanat Müctəba Xameneinin mətbuat xidmətinin "Telegram" kanalında dərc olunub.

Müctəba Xamenei qeyd edib ki, İran ordusu ölkənin ərazisini və ərazi sularını qorumaqda davam edir.

Bəyanatda vurğulanıb ki, İran Hərbi Dəniz Qüvvələri düşmənlərə yeni ağır məğlubiyyət yaşatmağa hazırdır.