BAKI, 18 aprel. TELEQRAF

İran dəniz blokadası və həddindən artıq tələblər səbəbindən ABŞ ilə növbəti danışıqlara hələ razılıq verməyib.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, İran tərəfi "amerikalıların həddindən artıq tələblərinin rədd edilməsinin danışıqların davam etdirilməsinin əsas şərti” olduğunu qeyd edib. Əks halda, Tehran "yorucu və faydasız danışıqlara" vaxt itirməyəcəyini açıqlayıb.

Məlumata görə, bu mövqe Pakistan vasitəçisi vasitəsilə ABŞ rəsmilərinə çatdırılıb.