BAKI, 17 aprel. TELEQRAF
ABŞ prezidenti Donald Tramp Tehranın yüksək dərəcədə zənginləşdirilmiş bütün uranı Vaşinqtona təhvil verəcəyini və ABŞ-nin bunun üçün İrana pul ödəməyəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Amerika lideri özünün "Truth Social" səhifəsində İranla razılaşmanın Livanla heç bir əlaqəsinin olmadığını yazıb:
"B-2 bombardmançı təyyarələrimizin yaratdığı bütün nüvə tozunu alacağıq. Heç bir şəkildə vəsait köçürülməyəcək. Biz razılığa gələcəyik. İranla sakit, tələsmədən işləyəcək, ağır texnikadan istifadə edərək qazıntı işlərinə başlayacağıq. Biz onu ABŞ-a gətirəcəyik", - deyə Tramp qeyd edib.