BAKI, 17 aprel. TELEQRAF
ABŞ və İran rəsmiləri danışıqlarının ikinci mərhələsi üçün bu həftəsonu görüşəcəklər və razılığa gəlməyə çalışacaqlar.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Bildirilir ki, danışıqlar bazar günü İslamabadda keçiriləcək.
Pakistan danışıqlarda vasitəçi rolunu öz üzərinə götürüb.