BAKI, 13 aprel. TELEQRAF
İsrailin baş naziri Benyamin Netanyahu “Hizbullah”a qarşı hərbi kampaniyanın davam etdiriləcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, Benyamin Netanyahu İsrail qoşunlarının Livanın cənubundakı mövqelərinə səfər edib.
Səfər zamanı onu müdafiə naziri İsrael Kats, Baş Qərargah rəisi, general-leytenant Eyəl Zamir və Şimal hərbi dairəsinin komandanı, general-mayor Rafi Milo müşayiət edib.
Səfərin yekununda Netanyahu bildirib ki, “Hizbullah”ın hərbi qanadına qarşı əməliyyatlar davam etdiriləcək. Onun sözlərinə görə, hərbi fəaliyyətlər, o cümlədən Livandakı təhlükəsizlik zonasının daxilində də davam edir.
Netanyahu iddia edib ki, İsrailin “Hizbullah”a qarşı zərbələri Livandan mümkün hücumun qarşısını almağa kömək edib. O əlavə edib ki, İsrail ordusu tank əleyhinə hücumlar və uzaqmənzilli raket təhdidlərinə qarşı mübarizəni davam etdirir, lakin görüləcək işlər hələ çoxdur.