BAKI, 11 aprel. TELEQRAF
İraq parlamenti Kürdüstan Vətənpərvərlər Birliyinin namizədi Nizar Amidini ölkənin yeni prezidenti seçib.
Teleqraf xatırladır ki, İraqda 2003-cü ildən sonra əldə edilən siyasi anlaşmaya əsasən, ölkə prezidenti kürd partiyalarının namizədləri arasından seçilir. Namizədlər parlament üzvlərinin üçdə ikisinin səs çoxluğunu almalıdırlar. Əgər bu, birinci turda əldə edilməsə, ən çox səs toplayan iki namizəd arasında ikinci tur seçkiləri keçiriləcək. İkinci turda sadə səs çoxluğu (yarıdan çox) alan namizəd qalib hesab olunur. İraq konstitusiyasına görə, prezidentin səlahiyyət müddəti dörd ildir və eyni prezident yalnız bir dəfə yenidən seçilə bilər. Yeni seçilmiş prezident daha sonra parlamentdəki ən böyük qrupun baş nazir namizədinə hökumət qurmağı tapşırır.
Onu da bildirək ki, İraqda parlament seçkiləri 11 noyabr 2025-ci ildə keçirilib. Lakin siyasi fikir ayrılıqları və daha sonra İranla yaşanan müharibə səbəbindən yeni hökumət hələ də qurulmayıb.