BAKI, 11 aprel. TELEQRAF
Vaşinqton Tehranın bütün ilkin şərtlərini qəbul edərsə, İran ABŞ-la danışıqlara başlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə İran dövlət televiziyası İran Nümayəndə Heyətinin Pakistana səfəri fonunda məlumat yayıb.
Nümayəndə Heyətinə İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edir. Heyətə İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hemmati, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədiyan və xarici işlər naziri Abbas Əraqçi də daxildir.