BAKI, 8 aprel. TELEQRAF

İranda insanlar ABŞ və İsrail üzərində qələbənin qeyd edilməsi üçün küçələrə çıxıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi Tehranın küçələrindən yayımlanan görüntülərə əsasən məlumat yayıb.

Məlumata görə, paytaxtın ən uzun küçəsi olan Vəli-Əsr prospektində musiqi səslənir, insanlar isə İran bayraqları ilə yürüş edirlər.

Bildirilir ki, yollarda avtomobillərin və digər nəqliyyat vasitələrinin sıx hərəkəti müşahidə olunur, bir çoxunda milli bayraqlar yerləşdirilib.

Xatırladaq ki, daha əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ və İsrail üzərində qələbə əldə olunduğunu bəyan edib.