BAKI, 8 aprel. TELEQRAF
ABŞ prezidenti Donald Tramp İranla bağlı hazırda gərgin danışıqlar aparıldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
“Hazırda çox gərgin danışıqlar aparırıq”, - deyə Tramp qeyd edib.
ABŞ lideri danışıqların gedişatı ilə bağlı əlavə şərh verməkdən imtina edib.
O, həmçinin bildirib ki, yaxın vaxtlarda Pakistanın təqdim etdiyi təkliflə bağlı ətraflı brifinq gözləyir.