BAKI, 8 aprel. TELEQRAF
ABŞ və İran arasında iki həftəlik atəşkəs xəbərlərindən sonra dollar əsas dünya valyutalarına nisbətdə ucuzlaşıb.
Teleqraf xəbər verir ki, avronun dollara nisbətdə məzənnəsi 1,1597-dən 1,1674-ə yüksəlib.
Eyni zamanda, dolların yapon yeni qarşısında dəyəri də azalaraq 159,64-dən 158,65 yenə enib.
Məlumata görə, dollar indeksi də 0,67% geriləyərək 99 bənd təşkil edib.
Qeyd olunur ki, atəşkəs xəbərləri fonunda neft qiymətlərində də kəskin enmə müşahidə olunub və qiymətlər 13-17% azalıb.