BAKI, 8 aprel. TELEQRAF

İsrail İranla atəşkəsə razılıq verib.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı Ağ Evdəki yüksək vəzifəli rəsmiyə istinadla məlumat yayıb.

Məlumata görə, əks halda İsrail mülki infrastruktur obyektlərinə qarşı hücumların genişlənməsi riski ilə üzləşə bilər.

Bildirilir ki, İsrail danışıqların davam etdiyi müddətdə bombardman kampaniyasını da dayandırmağa razılaşıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İranla iki həftəlik atəşkəsə razılıq verdiyini açıqlayıb. O, həmçinin yekun sülh razılaşmasının yaxın olduğunu bildirib.