BAKI, 7 aprel. TELEQRAF

Rusiya Bəhreyn tərəfindən Hörmüz boğazı ilə bağlı hazırlanmış qətnamə layihəsini dəstəkləyə bilməzdi, çünki bu, beynəlxalq hüquq üçün təhlükəli bir presedent yarada bilərdi.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

O, Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bildirib ki, Rusiya beynəlxalq hüquq, beynəlxalq dəniz hüququ, hər hansı sülh səyləri və ya BMT Təhlükəsizlik Şurasının səlahiyyətləri üçün təhlükəli bir presedent yaradacaq bir mətni dəstəkləyə bilməz: "BMT Baş katibi dəfələrlə ABŞ və İsraili müharibəyə son qoymağa və İranı qonşularına hücum etməyi dayandırmağa çağırıb".

Nebenziyaya görə, Vaşinqtonun xəyanətinə məruz qalan ərəb dövlətləri Yaxın Şərqdəki faciənin qurbanına çevriliblər.