BAKI, 8 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın İranla bağlı açıqlamaları fonunda bitkoinin qiyməti 6%-dən çox artıb.

Teleqraf xəbər verir ki, bu barədə "Binance" platformasının məlumatlarında qeyd olunub.

Məlumata görə, "Bitcoin"in qiyməti 72 082 dollar (+5,13%) təşkil edib. Saat 02:29-da isə artım sürətlənərək 72 753 dollar (+6,18%) səviyyəsinə çatıb.

Qeyd olunur ki, qiymət artımı Trampın İrana qarşı enerji infrastrukturuna zərbələrin iki həftəlik təxirə salınması və bu müddətdə atəşkəsin qüvvədə olacağı barədə açıqlamaları ilə əlaqələndirilir.

ABŞ və İran arasında əvvəlki mübahisəli məsələlərin böyük hissəsinin razılaşdırıldığı və Tehranın 10 maddəlik təklifinin danışıqlar üçün əsas kimi qəbul edildiyi bildirilir.