BAKI, 8 aprel. TELEQRAF

Londonun ICE birjasında “Brent” markalı xam neftin fyuçersləri 94.94 dollara enib.

Teleqraf xəbər verir ki, "Brent" markalı neftin qiyməti 13.11% azalıb.

WTI xam neftinin fyuçerslərinin qiyməti isə 14.44% azalaraq barel üçün 96.64 dollara bərabər olub.

*** 03:22

ABŞ prezidenti Donald Trampın İranla bağlı açıqlamalarından sonra WTI markalı neftin qiyməti 10%-dən çox azalıb.

Teleqraf xəbər verir ki, hazırda Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI nefti bir barel üçün 100,91 dollar səviyyəsində ticarət olunur.

Məlumata görə, qiymətlərin enməsi Trampın İranla iki həftəlik atəşkəsə razılıq verməsi və yekun sülh razılaşmasının yaxın olduğunu bəyan etməsi fonunda baş verib.