BAKI, 8 aprel. TELEQRAF
İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ ilə qarşıdurmada qələbə əldə olunduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, Şura ABŞ-ni İranın 10 maddəlik planını qəbul etməyə məcbur etdiklərini bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İranla iki həftəlik atəşkəsə razılıq verdiyini açıqlayıb. O, həmçinin yekun sülh razılaşmasının yaxın olduğunu bildirib.