BAKI, 8 aprel. TELEQRAF
ABŞ-də Demokratlar Partiyasından olan konqresmenlər prezident Donald Trampa qarşı impiçment elan edilməsi məsələsini müzakirə edirlər.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, konqresdə demokratlar arasında Trampın vəzifədən kənarlaşdırılması ilə bağlı çağırışlar son günlər pik həddə çatıb.
Qeyd olunur ki, bu müzakirələr ABŞ-nin İrana qarşı addımları, Trampın Tehrana yönəlmiş təhdidləri və Venesuelada həyata keçirilən son əməliyyatla əlaqələndirilir.