BAKI, 8 aprel. TELEQRAF
Roma Papası XIV Lev ABŞ prezidenti Donald Trampın İran xalqına yönəlmiş təhdidlərini qəbuledilməz hesab etdiyini bildirib.
Teleqraf xəbər verir ki, pontifik bu barədə jurnalistlərə açıqlamasında danışıb.
O qeyd edib ki, bütöv bir xalqa qarşı səsləndirilən təhdidlər nə hüquqi, nə də mənəvi baxımdan qəbul oluna bilər.
“İran xalqına qarşı səsləndirilən təhdid tamamilə qəbuledilməzdir. Bu, yalnız beynəlxalq hüquq məsələsi deyil, həm də bütün bir xalqın taleyi ilə bağlı mənəvi məsələdir”, - deyə Roma Papası bildirib.
O, həmçinin müharibə riskinin artmasının günahsız insanlara, xüsusilə uşaqlara və yaşlılara ciddi zərər verəcəyini vurğulayıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İranla razılaşma əldə olunmayacağı təqdirdə ölkənin ciddi nəticələrlə üzləşə biləcəyi barədə açıqlamalar verib.