BAKI, 7 aprel. TELEQRAF

SEPAH bir neçə saat əvvəl Qəzvin əyalətinin səmasında beş "Tomahavk" və bir qanadlı raketin məhv edildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bunu "Pars Today" qəzeti İran İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına istinadən xəbər verir.

Məlumata görə, 500 kq-lıq döyüş başlığına malik "Tomahavk" raketi infrastrukturu və hədəfləri məhv etmək üçün istifadə olunur və ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən geniş istifadə edilir.

Qeyd olunur ki, ABŞ və İsrail qüvvələri 175 məktəbli qızın və bir neçə müəllimin ölümünə səbəb olan Minab məktəbinə hücumda bu tip raketdən istifadə ediblər.