BAKI, 7 aprel. TELEQRAF

Küveyt hakimiyyəti əhalidən 8 aprel gecəsi evdə qalmağı və mütləq zərurət olmadığı təqdirdə çölə çıxmamağı xahiş edib.

Teleqraf xəbər verir ki, bu barədə Küveyt Daxili İşlər Nazirliyinin xüsusi bəyanatında bildirilib.

Bəyanatda deyilir: "Daxili İşlər Nazirliyi sakinləri 7 aprel çərşənbə axşamı gecə yarısından 8 aprel çərşənbə günü səhər saat 7:00-dək evdə qalmağa və fövqəladə hallar istisna olmaqla, çölə çıxmamağa çağırır".

Nazirlik qeyd edib ki, müraciət ictimai təhlükəsizliyin və hüquq-mühafizə orqanlarının öz vəzifələrini səmərəli şəkildə yerinə yetirmə qabiliyyətinin təmin edilməsi üçün zəruri olan ehtiyat tədbiridir.