ABŞ və İran nümayəndələri arasında birbaşa təmasların qurulması məsələsi müzakirə edilir.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlama verib.

Onun sözlərinə görə, tərəflər arasında danışıqların keçirilməsi imkanları nəzərdən keçirilir, lakin hələlik yekun qərar qəbul olunmayıb.

Livitt qeyd edib ki, bu barədə rəsmi qərar yalnız prezident və ya Ağ Ev tərəfindən açıqlanacaq.