BAKI, 7 aprel. TELEQRAF
Hörmüz boğazındakı problemlərin əsas səbəbi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarıdır.
Teleqraf xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq bildirib.
Çinli diplomat BMT Təhlükəsizlik Şurasının İran ətrafındakı vəziyyətlə bağlı iclasında çıxışında qeyd edib ki, Hörmüz boğazında gəmiçiliyin pozulmasının əsas səbəbi İsrail və ABŞ-ın İrana qarşı həyata keçirdiyi qanunsuz hərbi əməliyyatlardır: "Çin ABŞ və İsraili qanunsuz hərbi əməliyyatlarını dərhal dayandırmağa çağırır".