BAKI, 8 aprel. TELEQRAF
Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın İrana yönəlmiş təhdidləri fonunda Müdafiə Şurasının iclasını çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Məlumata görə, iclas çərşənbə günü yerli vaxtla saat 08:30-da keçiriləcək.
Xatırladaq ki, daha əvvəl Donald Tramp İran sivilizasiyasının məhv edilə biləcəyi ilə bağlı açıqlama verib.