İran ətrafındakı münaqişə tammiqyaslı regional müharibəyə çevrilərsə, Almaniya və Avropa üçün daha ciddi iqtisadi nəticələrə səbəb ola bilər.
Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Berlində Suriya Prezidenti Əhməd əl-Şara ilə birgə keçirilən mətbuat konfransında bildirib.
O, sözügedən münaqişənin nəticələrini COVID-19 pandemiyası və Ukrayna-Rusiya müharibəsi ilə müqayisə edib.