BAKI, 23 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında İranda rejim dəyişikliyinə ümid etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp İranda çox ciddi bir rejim dəyişikliyinin olacağına inamını ifadə edib: "Düşünürəm ki, çox ağıllı, çox diqqətli insanlarla işləyirik. Ölkə daxilindəki insanlar onların kim olduğunu bilirlər. Onlara çox hörmət edilir və bəlkə də onlardan biri tam olaraq axtardığımız adam olacaq".

Amerika lideri həmçinin Venesuelanın təcrübəsinə istinad edərək onu uğurlu hesab etdiyini bildirib. "Venesuelaya baxın, orada işlər necə yaxşı gedir. Seçilmiş prezidentlə çox yaxşı münasibətlərimiz var və bəlkə də İranda oxşar birini tapacağıq", - deyə o əlavə edib.