BAKI, 23 mart. TELEQRAF

Böyük Britaniya İranın hücumlarına qarşı Yaxın Şərqdəki müttəfiqlərinə qısa mənzilli hava hücumundan müdafiə raket sistemləri tədarük edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Keir Starmer İcmalar Palatasında (parlamentin aşağı palatası) komitə rəhbərlərinin suallarını cavablandırarkən bildirib.

"Biz Bəhreyndə qısa mənzilli hava hücumundan müdafiə raket sistemlərini sürətlə yerləşdiririk. Bu məsələ həftəsonu təcili olaraq ortaya çıxdı. Biz Küveyt və Səudiyyə Ərəbistanında da eyni şeyi edirik", - deyə o bildirib.