BAKI, 23 mart. TELEQRAF
“İranla bütün məsələlərdə razılığa gəlmişik”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə deyib.
“İranla danışıqların hara gedəcəyini görəcəyik. Onlarla çox güclü danışıqlar aparmışıq. Demək olar ki, bütün məsələlərdə razılığa gəlmişik. Əgər iranlılar lazımi tədbirlər görsələr, münaqişəyə son qoyulacaq”, - o bildirib.
ABŞ Prezidenti vurğulayıb ki, tərəflər əsas razılaşma nöqtələri və ortaq məxrəcə gəliblər.