BAKI, 23 mart. TELEQRAF
“ABŞ danışıqları İranın ali rəhbəri (Müctəba Xamenei) ilə aparmır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə deyib.
“Biz İranda hörmətli şəxslərlə danışıqlar aparırıq, ali rəhbərlə yox”, - Amerika lideri vurğulayıb.
Tramp əlavə edib ki, ABŞ tezliklə İran nümayəndələri ilə görüşməyi gözləyir, hazırda təmaslar telefon vasitəsilə qurulur.