BAKI, 23 mart. TELEQRAF
“Bu, sadəcə siyasi bəyanatdır, bundan artıq bir şey deyil”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Baş nazir Nikol Paşinyanın açıqlamasını jurnalistlər üçün şərh edərkən deyib.
“Söhbət artıq sülhdən, artıq Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh və onun qorunmasından gedir. Müxalif düşərgədə səslənən bəyanatlar isə bizim fikrimizcə, sülhü təhlükəyə atan açıqlamalardır. Amma siyasətçilər siyasi bəyanatlar verməkdə sərbəstdir”, - nazir vurğulayıb.
Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl bəyan edib ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyası qarşıdakı parlament seçkilərində qalib gəlməsə və ya müxalifət iqtidara qayıtsa, sentyabrda müharibə olacaq. Onun bu açıqlaması ölkənin müxalif düşərgəsində müzakirələrə səbəb olub.
Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.