BAKI, 23 mart. TELEQRAF
Tehran və Vaşinqton hərbi əməliyyatlara son qoymaq üçün razılığa gələrsə, ABŞ İrandakı uran materiallarını ölkədən çıxaracaq
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
O, Tennessi ştatına işgüzar səfərə yola düşməzdən əvvəl jurnalistlərə bildirib ki, Tehrandan nüvə materiallarının çıxarılmasını istəyir: "Bu, çox asandır. Əgər onlarla razılaşmamız olarsa, gəlib özümüz alacağıq".
Tramp bildirib ki, İranla hər hansı bir razılaşma ölkənin nüvə imkanlarına son qoymağı da əhatə edəcək: "Biz istəyirik ki, nüvə bombası, nüvə silahı olmasın. Hətta ona bənzər bir şey da olmasın".