BAKI, 23 mart. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub”, - açıqlamada bildirilib.
Telefon danışığı zamanı ikitərəfli münasibətlərin gələcək inkişafının müxtəlif aspektləri, o cümlədən ticarət, iqtisadiyyat, enerji və nəqliyyat sahələrində əməkdaşlıq müzakirə olunub.
Qeyd edilib ki, həmsöhbətlər əlverişli fürsət yarandıqda müzakirəni şəxsən davam etdirmək barədə razılığa gəliblər.