BAKI, 22 mart. TELEQRAF

İran hakimiyyəti daha əvvəl saxlanılan iki Yaponiya vətəndaşından birini azad edib, digərinin buraxılması istiqamətində isə danışıqlar davam edir.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi məlumat verib.

Nazirin sözlərinə görə, azad edilən Yaponiya vətəndaşı hazırda Azərbaycan ərazisindədir və yaxın vaxtlarda vətəninə qayıdacaq. O bildirib ki, ikinci vətəndaşın da tezliklə azad olunması üçün işlər aparılır.

Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, azad edilən şəxs 2025-ci ilin yayında saxlanılmışdı, lakin ona qarşı hansı ittihamların irəli sürüldüyü açıqlanmayıb.

Yerli KİV-lərin məlumatına əsasən, İranda saxlanılan digər Yaponiya vətəndaşı isə Yaponiyanın ictimai televiziya şirkəti NHK-nın Tehrandakı bölməsinin rəhbəridir. Bildirilir ki, o, yanvarın 20-də saxlanılıb, lakin bu hadisənin səbəbləri barədə də rəsmi məlumat verilməyib.birini azad edib.