BAKI, 21 mart. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinin Qraivoronski rayonunun Smorodino kəndində atəşi nəticəsində iki qadın həlak olub, daha bir neçə nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, regional qubernator Vyaçeslav Qladkovun sözlərinə görə, zərbə sosial obyektə dəyib və dağıntılar altında insanlar qalıb.