ABŞ İranın Fars körfəzindəki Xarq adasını ələ keçirməyə cəhd edərsə, görünməmiş bir cavabla qarşılaşacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

"Əgər ABŞ Xarq adasına hərbi müdaxilə təhdidlərini həyata keçirərsə, şübhəsiz ki, son 21 günün sürprizləri ilə müqayisədə misli görünməmiş bir cavabla qarşılaşacaqlar. Bab əl-Məndəb boğazı və Qırmızı dəniz də daxil olmaqla digər sularda təhlükəli vəziyyət yaratmaq planlaşdırılan variantlardan biridir. Eskalasiya baş verərsə, ABŞ qüvvələrinin bölgədəki vəziyyəti indikindən xeyli çətinləşəcək" - məlumatda qeyd olunur.