BAKI, 21 mart. TELEQRAF

Finlandiya Fars körfəzində hərbi əməliyyatlarda iştirak etmək niyyətində deyil.

Teleqraf xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Elina Valtonen bildirib.

Ölkə Prezidenti Aleksandr Stubb "X" sosial şəbəkəsində yazıb ki, Finlandiya Hörmüz boğazından təhlükəsiz keçidi təmin etmək səylərini dəstəkləməyə hazırdır: "Finlandiya tərəfdaş ölkələrlə birlikdə, hərbi əməliyyatlar başa çatarsa, ən uyğun iştirak vasitələrini, məsələn, qərargah zabitləri vasitəsilə qiymətləndirəcək".