BAKI, 21 mart. TELEQRAF

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qərbi Şeriyadakı (İordan çayının qərb sahili) məskunlaşma siyasətini pisləyib.

Teleqraf xəbər verir ki, Türkiyə XİN bu məskunlaşma fəaliyyətini terrorizm adlandırıb.

Nazirliyin rəsmi saytında dərc olunmuş bəyanatda deyilir: "Biz Qərbi Şeriyada son zamanlar artan məskunlaşma terrorizmini və İsrail təhlükəsizlik qüvvələri tərəfindən fələstinlilərə qarşı edilən zülmü qınayırıq. Beynəlxalq hüquqa uyğun olaraq və bölgədə sabitliyi təmin etmək üçün İsrailin ilhaq təcrübələrinə dərhal son qoyulması fundamental tələbdir".

Rəsmi Ankaraya görə, İsrail hakimiyyətinin bu siyasəti regionda davamlı sülhün açarı olan iki dövlətli həlli pozmağa yönəlib.