İranın xarici işlər naziri Abbas Əraqçi Yaponiyaya bağlı gəmilərin Hörmüz boğazından keçidinə icazə verilə biləcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə Yaponiyanın “Kyodo” agentliyinə müsahibəsində danışıb.
Nazir bildirib ki, İran boğazı bağlamayıb və keçid üçün açıqdır. Onun sözlərinə görə, Yaponiyaya aid gəmilərin hərəkəti ilə bağlı Tokio ilə məsləhətləşmələr artıq başlayıb.
Qeyd edək ki, bundan əvvəl İran rəsmiləri ABŞ və müttəfiqləri ilə əlaqəli neft yüklərinin Hörmüz boğazından daşınmasına icazə verilməyəcəyini bildirmişdilər.
Məlumata görə, Yaponiyanın neft idxalının təxminən 95 faizi Yaxın Şərq ölkələrinin payına düşür və bu tədarükün böyük hissəsi məhz Hörmüz boğazı vasitəsilə həyata keçirilir.