BAKI, 21 mart. TELEQRAF

İranın paytaxtı Tehranda yaşayış məntəqəsinə endirilən hava zərbəsi nəticəsində yeddi uşağın həlak olduğunu bildirib.

Teleqraf xəbər verir ki, "Mehr" agentliyi yazır ki, hücum şəhərin şərq hissəsində yerləşən yaşayış evlərindən birini hədəf alıb.

Qeyd olunur ki, ölənlər arasında cəmi 10 günlük körpə də var.