BAKI, 21 mart. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi İran nefti ilə bağlı müəyyən əməliyyatların müvəqqəti həyata keçirilməsinə icazə verib.

Teleqraf xəbər verir ki, nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən yayımlanan baş lisenziyaya əsasən, tankerlərə martın 20-dək yüklənmiş neft və neft məhsullarının satışı, daşınması və boşaldılması mümkündür.

Bildirilir ki, bu əməliyyatların həyata keçirilməsinə icazə bir ay müddətinə - aprelin 19-na qədər qüvvədə olacaq.

Qeyd edək ki, sənəd ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında martın 20-də dərc olunub.