BAKI, 20 mart. TELEQRAF
İran Hayfa və Təl-Əvivdə İsrail ordusunun 25 mövqeyinə, eləcə də bölgədəki ABŞ bazalarına zərbələr endirib.
Teleqraf xəbr verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) mətbuat xidmətinin məlumatında qeyd olunur.
İran dövlət televiziyasının verdiyi məlumata görə, SEPAH-ın Aerokosmik Qüvvələrinin çoxsaylı döyüş başlıqlarına malik "Xorrəmşəhr-4" və "Qədr" raketləri İsrailin çoxqatlı və mürəkkəb hava hücumundan müdafiə sistemlərini yararaq Hayfa və Təl-Əvivdə 25 hədəfi vurub. Həmçinin qeyd olunub ki, onlarla İran pilotsuz təyyarəsi Yaxın Şərqdəki ABŞ hərbi bazalarına da zərbələr endirib.