BAKI, 20 mart. TELEQRAF
Daxili İşlər Nazirliyinin şəxsi heyəti bayram günlərininin əmin-amanlıq şəraitində keçməsi üçün gücləndirilmiş iş rejimində xidmətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, ictimai asayişin və təhlükəsizliyin təmin olunması məqsədilə bütün zəruri tədbirlər həyata keçirilir.
"Xüsusilə insanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb, əlavə postlar və patrul xidmətləri təşkil olunub.
Vətəndaşların rahat və təhlükəsiz şəkildə bayramı qeyd etmələri üçün polis əməkdaşları fasiləsiz xidmət göstərirlər.
Hər kəsdən qanunvericiliyin tələblərinə riayət etmək və polis əməkdaşlarının qanuni tələblərinə hörmətlə yanaşmaq xahiş olunur" - deyə məlumatda deyilir.